• $
  • €
  • ₽
  • ₺
  • £

Mərakeşdə erməni təxribatının qarşısı alınıb

Mərakeşdə erməni təxribatının qarşısı alınıb
14.09.2024 14:02
Mərakeş Krallığında keçirilən beynəlxalq film festivalında erməni təxribatının qarşısı alınıb.Bu barədə Azərbaycanın Mərakeşdəki səfirliyi məlumat yayıb.

Sentyabrın 11-15-də Mərakeşin Agadir şəhərində keçirilən İssni Nurgh Beynəlxalq Amaziq film festivalı (Festival Issni N'ourgh International du Film Amazigh - FINIFA) çərçivəsində erməniəsilli Katia Spivakova Saakiantsın müəllifi olduğu 11 dəqiqəlik "All I need” filminin sentyabrın 13-də nümayişinin planlaşdırılması nəzərdə tutulub.

Festivalın rəsmi səhifələrində və sosial şəbəkələrində yayımlanmış məlumatlarda filmin süjetinin ölkəmizin vaxtilə Ermənistan tərəfindən işğal olunmuş ərazilərində baş verən hadisələrlə əlaqədar olduğu və Qarabağın Ermənistanın tərkib hissəsi kimi "Artsax” olaraq göstərilməsi məlum edilib. Həmçinin filmdə qondarma "erməni soyqırımı”na da istinad edilib.

Bununla əlaqədar olaraq, Azərbaycanın Mərakeşdəki səfirliyi tərəfindən bu ölkənin əlaqədar qurumları, həmçinin film festivalının təşkilatçıları ilə aparılmış iş nəticəsində, təxribat xarakteri daşıyan "All I need” filminin festival çərçivəsində nümayişinin ləğv edilməsinə və bununla da Mərakeş tamaşaçısında yanlış məlumat formalaşdırmaq istəyən erməni təbliğatının qarşısının alınmasına nail olunub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sahibə Qafarova Qazaxıstana səfər edib
Siyasət 18:48
Sahibə Qafarova Qazaxıstana səfər edib
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Siyasət 18:32
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
İran Zəngəzur dəhlizi ilə bağlı xəbərdarlıq edib
Siyasət 16:51
İran Zəngəzur dəhlizi ilə bağlı xəbərdarlıq edib
İlham Əliyev brazilyalı həmkarını təbrik edib
Siyasət 15:49
İlham Əliyev brazilyalı həmkarını təbrik edib
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
Siyasət 13:12
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
Sədr: pensiyaçıların sayı sabit qalsa da, pensiya xərcləri artır
Siyasət 11:49
Sədr: pensiyaçıların sayı sabit qalsa da, pensiya xərcləri artır
İlham Əliyev Sammit iştirakçılarına müraciət ünvanlayıb
Siyasət 10:26
İlham Əliyev Sammit iştirakçılarına müraciət ünvanlayıb
Ərdoğandan İlham Əliyevə və Azərbaycan xalqına səmimi mesaj
Siyasət 22:34
Ərdoğandan İlham Əliyevə və Azərbaycan xalqına səmimi mesaj
ICESCO-nun Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib
Siyasət 18:55
ICESCO-nun Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol