• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

"Mercedes" istehsalçısı yenidən mənfəətə çıxıb

21.07.2021 21:30
Almaniyanın avtomobil konserni "Daimler” 2021-ci ilin ilk altı ayının nəticələrinə görə 7,888 milyard avro xalis mənfəət əldə edib.

"Report” xarici mətbuata istinadən xəbər verir ki, şirkət ötən ilin müvafiq dövrünü 1,907 milyard avro zərərlə bitirib.

Məlumata görə, yanvar-iyun aylarında "Daimler” 84,499 milyard avro gəlir əldə edib ki, bu da ötənilki göstəricidən 25 % çoxdur. İkinci rübdə 736,4 min ədəd avtomobil satılıb. Bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 36 % çoxdur.

Qeyd edilir ki, ikinci yarım ildə çip çatışmazlığı şirkətin biznesinə təsir edəcək. Lakin, cari ildə avtomobil satışlarının və gəlirlərin bir il əvvəlki səviyyədən əhəmiyyətli dərəcədə yüksək olacağı gözlənilir.

Xatırladaq ki, "Daimler AG” konserninə "Maybach”, "Mercedes-Benz” və "Smart” brendləri məxsusdur. Şirkət həmçinin "Mitsubishi Fuso Truck and Bus”-ın 85 %, "McLaren Group”-un 40 %, "Chrysler Holding LLC”-nin 19,9 %, "Kamaz”ın 15 %, "Tesla Motors”un 10 %, "Tata Motors Ltd”-nin 7 % səhmlərinə sahibdir .

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Liviya sahilləri yaxınlığında neft tankeri partlayıb
Dünya 23:50
Liviya sahilləri yaxınlığında neft tankeri partlayıb
Avropada anomal istilərə görə “qırmızı” təhlükə səviyyəsi elan edilib
Dünya 23:30
Avropada anomal istilərə görə “qırmızı” təhlükə səviyyəsi elan edilib
NATO sammiti 2026-cı ildə Ankarada keçiriləcək
Dünya 23:21
NATO sammiti 2026-cı ildə Ankarada keçiriləcək
Almaniya Ukraynaya 9 milyard avrodan çox yardım ayıracaq
Dünya 22:38
Almaniya Ukraynaya 9 milyard avrodan çox yardım ayıracaq
İtaliyada 4,6 bal gücündə zəlzələ olub
Dünya 22:24
İtaliyada 4,6 bal gücündə zəlzələ olub
Paşinyan Kaya Kallasla görüşüb
Dünya 21:25
Paşinyan Kaya Kallasla görüşüb
Fransada ictimai yerlərdə siqaret çəkmək qadağan olunub
Dünya 19:58
Fransada ictimai yerlərdə siqaret çəkmək qadağan olunub
İranda İsrailin hücumlarında ölənlərin sayı açıqlanıb
Dünya 15:43
İranda İsrailin hücumlarında ölənlərin sayı açıqlanıb
Çin Yaponiyadan dəniz məhsulları qadağasını ləğv edib
Dünya 10:18
Çin Yaponiyadan dəniz məhsulları qadağasını ləğv edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol