Mərdəkan istiqamətində yerləşən tuneldə subasma xüsusi texnika vasitəsilə aradan qaldırılır.
APA-nın xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşı Dəniz Məmmədli bildirib ki, bu hal şəhərin kanalizasiya sisteminin xaric edə biləcəyi miqdardan xeyli artıqdır və dünyanın heç bir şəhəri bundan sığortalanmayıb: "Belə hallar son zamanlarda Avropa və dünyanın digər ölkələrində də müşahidə olunmaqdadır. Misal üçün İtaliyanın Siciliya bölgəsində, Avropanın digər şəhərləri və ya Rusiyada bəzi şəhərlər bu günlərdə təbii fəlakətlə üz-üzə qalıblar. Buna səbəb kimi bəzi alimlər qlobal iqlim dəyişikliyini də göstərirlər".
Bakıda bu gün səhər saatlarından başlayan yağıntının normadan artıq olması müşahidə olunur.
BŞİH-də aidiyyəti qurumların iştirakı ilə keçirilən iclasdan sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) qurumları hərəkətə keçib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !