ATV-də yayımlanan "BizimləSən” verilişində təsirli anlar yaşanıb.
BAKU.WS-in məlumatına görə, verilişdə mərhum sənətkar Fatma Mehrəliyevanın oğlu Qalib Mehrəliyev nəvəsi Fatimə ilə görüşüb.
Doğmaların 18 ildən sonra baş tutan görüşü studiyada əyləşən ekspertləri, tamaşaçıları çox kövrəldib.
Verilişdə Qalib Mehrəliyevin acınacaqlı taleyindən də bəhs edilib. Belə ki, üç oğul, bir qız atası olan Q. Mehrəliyev illərdir səfil həyatı yaşayır. 2005-ci ildən Bakının mərkəzi küçələrinin birində, "Trolleybus parkı” deyilən ərazidə məskunlaşdığı köhnə vaqonda həyatla ölüm arasında mübarizə aparır.
Qeyd edək ki, əməkdar artist Fatma Mehrəliyeva 2000-ci ildə dünyasını dəyişib. Bənzərsiz səsi ilə ifa etdiyi "Kəsmə şikəstə” muğamı, "Qubanın ağ alması”, "Azərbaycan maralı”, "Ahu kimi” və s. mahnılarla musiqi tariximizdə qalıb. Azərbaycan muğam ifaçılığı tarixində "Kəsmə şikəstə”nin Fatma Mehrəliyeva tərəfindən çox yüksək məharətlə oxunması bir gerçəklikdir. Mehrəliyeva həmçinin "Arşın mal alan” filmində (1945) Telli rolunu ifa edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !