Merilin Monroya qədər 1950-ci illərdə planetin ən gözəl qadını Betti Brosmer olub. Betti qeyri-adi gözəlliyi, əla bədən ölçüləri ilə qısa zaman ərzində məşhurlaşdı. O, dövrünün ən çox gəlir əldə edən və arzuedilən modeli idi.
Bettinin bədən ölçüsü çox qeyri-adi idi və 91-45-96 idi. Bu, çox nadir parametrlərdir. Betti 13 yaşında model karyerasına başlayıb. Gözəllik müsabiqələrində 50 prestijli mükafata layiq görülüb. "1950-ci illərin ən gözəl bədəni” titulu ona məxsusdur.
Jurnallar əməkdaşlıq üçün ona istənilən pulu verməyə hazır idilər. Jurnalların üz qapaqları, təqvimlər, reklamlar, ərzaq məhsulu qabları-hər yerdə Betti var idi.
13 illik karyeradan sonra Brosmer bodibilder Co Veyderlə ailə qurdu. Betti fəaliyyət sahəsini dəyişdi. O, sağlam həyat tərzi, fitnes və bodibildinqin təbliğatçısına çevrildi.
Hazırda Bettinin 80 yaşı var. Amma bununla belə, aktiv həyat tərzi sürür. Betti "Shape” qadın jurnalı nəşr edir./olke.az
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !