Merkel dünya birliyi üçün təhlükələri açıqladı

20:21 | 03.06.2015
Merkel dünya birliyi üçün təhlükələri açıqladı

Merkel dünya birliyi üçün təhlükələri açıqladı

Almaniya kansleri Angela Merkel "G7” sammiti ərəfəsində dünya birliyi üçün əsas təhlükələri sadalayıb.

AzVision.az-ın məlumatına görə, "Globe and Mail” qəzetində dərc olunan məqaləsində Merkel "G7” sammiti çərçivəsində müzakirə ediləcək məsələləri də açıqlayıb. 

Merkelin sözlərinə görə, "Böyük yeddiliyi” yalnız çiçəklənmə və iqtisadi sabitlik deyil, həmçinin azadlıq, demokratiya və söz azadlığı kimi ümumi dəyərlər də narahat edir. 

"Soyuq müharibənin bitməsindən 25 il sonra Krımın anneksiyası ilə Avropada nizamın pozulacağını təsəvvür etmək olardı? Və ya Ebola virusunun bir sıra Afrika ölkələrinin inkişafını yavaşladacağını? Yaxın Şərqdə islamçı terror təşkilatının iki ölkə ərazisində xilafət qurmağa cəhd edəcəyini kimsə düşünürdü?”, - deyə Merkel yazıb. 

Almaniya kansleri məqaləsində qeyd edib ki, sammitin gündəliyində yer alan bütün bu məsələlər "beynəlxalq birliyin cavabını tələb edir”: "Bununla yanaşı, "G7” sammitində böhran diplomatiyasına aid olmayan məsələləri də müzakirə edəcəklər”.
Merkelin sözlərinə görə, görüşdə dünya iqtisadiyyatında mövcud vəziyyəti müzakirəsi də nəzərdə tutulur: "Bizim hədəfimiz insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına istiqamətlənib”. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM