Almaniyanın baş naziri Angela Merkelin vəzifə maaşının 18 min avro olduğu iddia edilib.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, ölkənin iqtisadiyyat qəzeti hesab olunan "Handelsblatt" bu barədə məlumat dərc edib. Beynəlxalq futbol federasiyası FİFA rəhbərliyinin aldıqları maaşlara diqqət yönəldən qəzet FİFA rəhbərlərinin Merkelden belə çox aylıq məvacib aldıqlarını önə sürüb.
Xəbərə görə, FİFA rəhbərliyi Avropa Futbol Federasiyası UEFA-dan 37 faiz yüksək maaş alır. Yəni FİFA rəhbərliyinin illlik gəliri 242 min dollardır.
FİFA rəhbərliyinin məvacibləri ilə baş nazir Merkelin maaşını müqayisə edən qzəet 2015-ci ilin mart ayından etibarən Merkelin 18 min avro maaş aldığını qeyd edib. Əlavə olaraq bildirilib ki, Merkelin illik gəliri 234 min dollardır, bu isə FİFA rəhbərliyinin gəlirindən azdır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !