Mərkəzi Bank “Bilik mübadiləsi” layihəsi çərçivəsində silsilə tədbirləri davam etdirir

15:49 | 02.04.2015
Mərkəzi Bank “Bilik mübadiləsi” layihəsi çərçivəsində silsilə tədbirləri davam etdirir

Mərkəzi Bank “Bilik mübadiləsi” layihəsi çərçivəsində silsilə tədbirləri davam etdirir

Mərkəzi Bank ölkədə nağdsız hesablaşmaların həcminin artırılması və nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirir. 

Bankın mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, bu sahədə kompetensiyaların yüksəldilməsi, eyni zamanda elektron ödəniş alətləri və xidmətlərindən istifadə vərdişlərinin formalaşdırılması məqsədi ilə ali təhsil müəssisələrinin müəllim və tələbə heyəti üçün "Nağdsız hesablaşmalar” mövzusunda seminarların keçirilməsi nəzərdə tutulur.

Belə tədbirlərin davamı olaraq 31 mart 2015-cü il tarixində Azərbaycan Universitetində seminar təşkil edilmişdir. Təqdimat zamanı ödəniş sistemləri və onların iqtisadiyyatda rolu, Milli Ödəniş Sistemi infrastrukturu, Mərkəzi Bankın ödəniş sistemlərinin inkişafında rolu, nağdsız hesablaşmalar, pul köçürmələri, habelə nağdsız hesablaşmaların üstünlükləri haqqında iştirakçılara ətraflı məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM