"Mərkəzi Bank manatın möhkəmlənməsini siyasətini davam etdirməlidir" - Ekspert

16:25 | 17.04.2015

"Mərkəzi Bank manatın möhkəmlənməsini siyasətini davam etdirməlidir" - Ekspert

Bu gün də manatın xarici valyutalara rəsmi məzənnəsi yenidən möhkəmlənib.

ANN.Az xəbər verir ki. bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib.
 
Ekspert bildirir ki, Mərkəzi Bankın milli valyutanın dollara nisbətən müqayisəli möhkəmləndirilməsi siyasətini davam etdirməsinə ehtiyac var: "Aprel ayının əvvəllərində manatın məzənnəsindəki rəsmi azalmalar dollara tələbatı kəskin artıraraq əhali arasında ciddi panika yaratmışdı. Aparılan monitorinqlər göstərir ki, son 4 gündə manatın məzənnəsindəki cüzi möhkəmlənmələr valyuta bazarına fərqli siqnalların daxil olmasına səbəb olub. Mərkəzi Bank yaxın günlərdə də aprel ayının əvvəllərində olduğu kimi yenidən manatın məzənnəsini aşağı salarsa o zaman praktik olaraq öz intervensiya xərclərini artıracaq və dollarlaşma prosesi sürətləndirəcək"
 
İqtisadçı ekspertin fikrincə, manatın ucuzlasması siyasəti heç bir halda yaxın zamanlarda baş bankın gündəmində olmamalıdır: Öncədən bildirdiyimiz kimi, Mərkəzi Bank öz valyuta ehtiyatlarını qorumaq və eləcə də artıq alınmış dollar kütləsinin bir qisminin cari xərclərinin ödənilməsi üçün yenidən milli valyutaya dəyişdirilməsini və bununla da dollarlaşma prosesinin səngiməsini istəyirsə o zaman manatın möhkəmlənməsini siyasətini davam etdirməlidir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM