Mərkəzi Bank milli taksonomiya üzərində işi bitirib

17:01 | 01.11.2024
Mərkəzi Bank  milli taksonomiya üzərində işi bitirib

Mərkəzi Bank milli taksonomiya üzərində işi bitirib

Azərbaycan Mərkəzi Bankı milli taksonomiyanın hazırlanması üzərində işi bitirib və onu Nazirlər Kabinetinə  təqdim edib. Bu barədə Mərkəzi Bankın baş direktru Şahin Mahmudzadə məlumat verib. 
 
"Milli taksonomiya bizə yaşıl adlanan layihələri müəyyən etməyə imkan verəcək. Bu qaydalar təsdiq ediləndən sonra banklar onlara uyğunolaraq sahibkarların təqdim etdikləri layihənin "yaşıl layihə" kriteriyalarına cavab verib vermədiyini müəyyənləşdirərəck",  -  Mahmudzadə bildirib. 
 
O həmçinin deyib ki, milli taksomaniya təsdiqlənmədiyi üçün "yaşıl kreditlər"i banklar onları təqdim edən beynəlxalq maliyyə institutlarının qəbul etdiyi ta
taksomaniya əsasında ayırırlar. 
 
Mərkəzi Bankın İdarə heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, "milli taksonomiya" müəyyən ediləndən sonra ölkədə "yaşıl kreditlərə" tələbin nə qədər olduğu bilinəcək.
 
"Hələlik isə bir onu deyə bilərik ki, yaşıl layihələrə hökumət xüsusi diqqət yetirir və onların icrası prioritetdədir",  -  Kazımov vurğulayıb.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti