Mərkəzi Bank növbəti dollar əməliyyatına hazırlaşır

11:25 | 23.02.2015
Mərkəzi Bank növbəti dollar əməliyyatına hazırlaşır

Mərkəzi Bank növbəti dollar əməliyyatına hazırlaşır

Azərbaycan bankları dolların məzənnəsindəki yeni dəyişikliklərə hazırlaşırlar. Fins.az-ın müxtəlif mənbələrdən  əldə etdiyi məlumata görə, böyük ehtimalla bugündən başlayacaq dəyişiklik bu dəfə məzənnənin enməsi istiqamətində olacaq. Özü də bunun üçün xüsusi bir qərarın qəbul edilməsi vacib deyil – yaranmış vəziyətin özü ABŞ dollarının məzənnəsinin aşağı enməsinə səbəb olacaq. 

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) qərarı ilə fevralın 21-dən ABŞ dollarının məzənnəsi təqribən 34% artırılaraq 78 qəpikdən, 1,05 manata qaldırılıb.

Bu qərarın elan olunmasından sonra əvvəlcə valyutadəyişmə məntəqələrində dollara böyük tələbatın yaranması ilə başlayan ajiotaj sonradan satış şəbəkələrinə keçdi. Artıq bəzi mağaza və satış nöqtələrində qiymətlərin artması müşahidə olunur, bahalaşma özünü həm ərzaq, həm də qeyri-ərzaq mallarında (məişət texnikası, mobil telefonlar, avtomobillər və s) göstərir. Yaxın günlərdə qiymət artımının daha geniş sahələri əhatə edəcəyi ilə bağlı böyük gözləntilər var.
 
Banklar dollardan imtina edir
 
Amma mağazalarda bu prosesin yenicə qızışdığı bir vaxtda bank sektorunda ilk baxışda diqqəti çəkməyən fərqli proses başlayıb – ölkə bankları dollar almaqdan imtina edirlər. Nə qədər qəribə olsa da, bu proses dolların bahalaşmasından cəmi 1-2 saat sonra – fevralın 21-də günorta saatlarında başlayıb. Qərarın qəbulundan sonra əhali əlindəki manat vəsaitlərini banklarda dollara dəyişməyə cəhd etdiyindən bütün diqqət bankların dolları satıb-satmamasına yönəlmişdi. Həmin vaxt dolları manata dəyişmək istəyən olmadığına görə, bankların dollar almadığı heç kimin diqqətini cəlb etmirdi. Doğrudur, qısa müddət ərzində dollar qəbul edildi, amma günorta saatlarından sonra dolları manata dəyişmək problemi başladı.
 
Bilməyərəkdən təsdiqləyiblər
 
Ən maraqlısı da odur ki, bankların bəziləri bunu bilməyərəkdən rəsmi surətdə təsdiqləyiblər. Belə ki, kommersiya banklarının fevralın 21-22-nə açıqlanan rəsmi məzənnələrində bəzi banklar dolların alış qiymətini  göstərməyiblər. Bu – dolların alınmaması deməkdir. Özü də söhbət adi bankdan yox, bank sektorunda baş verəcək proseslər barədə məlumatlıığı ilə seçilən «Bank Respublika» kimi intizamlı bankdan və valyuta bazarına böyük təsirə malik olan «Amrahbank» gedir. Bu iki bankın məzənnələrində alış qiyməti göstərilməyib. Bunu bank əməkdaşlarının diqqətsizliyi kimi qəbul etmək mümkün deyil, çünki, satış qiymətləri dəqiq göstərilib.
 
Qeyd edək ki, manatın qəfil ucuzlaşması ajiotaja səbəb oldu. Bir çox iri ticarət mərkəzlərində ərzaqlar satışdan yığışdırıldı. Əhali dünəndən ərzaq növbələrinə dayanıb. Hətta topdansatış məntəqələrində qiymətlər pərakəndə satışı üstələyib. Görünür belə ajiotajın olacağını gözləməyən hökumət bir qədər geri çəkilmək qərarına qəlib. 

Bizimyol.info
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM