"Dünyanın heç bir Mərkəzi Bankı öncədən develvasiya olacağı ilə bağlı açıqlama vermir"
ANN.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Ekspertin sözlərinə görə "Bu gün əksər valyuta dəyişmə məntəqələrinin qarşısında uzun növbələr müşahidə edilir. Mərkəzi Bankın valyuta səbətinin dəyişdirilməsi ilə bağlı qərarı əhali arasında əsası olmayan ciddi ajiotaj yaradıb. Əslində, Mərkəzi Bank əhali arasında yaranan panikanın aradan qaldırmaq üçün vətəndaşlara izahat verməlidir.
Vüqar Bayramov qeyd edib ki, "Dünyanın heç bir Mərkəzi Bankı öncədən develvasiya olacağı ilə bağlı açıqlama vermir. Azərbaycanın baş bankında ölkədə develvasiya əhval-ruhiyyəsi yaradaraq insanlar öz manatlarını dollara dəyişməsinə əsas yaratdılar. Mərkəzi Bankın intervensiya xərclərinin yüksək olması arzuolunan deyil. Amma manatını dollara çevirən vətəndaşlar onsuz bir müddətdən sonra pul xərcləmək üçün yenidən dollarlarını milli valyutaya çevirəcəklər. Pul dövriyyəsində bəlli həcmdə manat kütləsi var və kənardan ölkəyə milli valyuta ixrac edilmir. Bu isə o deməkdir ki, onsuz da müəyyən müddətdən sonra intervensiya xərclərində azlama müşahidə ediləcəkdi. Mərkəzi Bankı müxtəlif dolayı metodlar o cümlədən əmanətlərin indeksasiyası yolu ilə dollara olan tələbi azatlmalı idi."
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !