Mərkəzi Bank rəsmisi manatın məzənnəsi ilə bağlı proqnoz verdi

10:16 | 16.05.2019

"Manatın məzənnəsinin sabitliyi üçün narahatçılığa səbəb ola biləcək heç bir amil  və  makroiqtisadi əsas yoxdur", -  bunu bu gün jurnalistlərə  Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev bildirib.

Onun sözlərinə görə,  Azərbaycanın valyuta ehtiyatları, beynəlxalq əmtəə bazarlarındkı vəziyyət imkan verir ki, ölkədə 2017-ci ildən müşahidə olunan makroiqtisadi sabitlik davamlı olsun. "Manatın məzənnəsinin ilin sonuna kimi təmin olunması üçün bütün əsaslar var", - deyə Quliyev vurğulayıb. 


www.anews.az
loading...

Xəbər lenti