Mərkəzi Bank soyuldu

11:36 | 24.02.2015
Mərkəzi Bank soyuldu

Mərkəzi Bank soyuldu

Əfqanıstanda bir neçə işçi Mərkəzi Bankı soyaraq qaçıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Əfqanıstanın Qanbahar bölgəsində Mərkəzi Bankın filialında çalışan işçilər çalışdığı yeri soyublar. Rəsmi məlumata görə, işçilər 81 milyon əfqanı (1 milyon 400 min dollar) oğurlayıblar.

"Euronews"un yaydığı məlumata görə, oğrular pulu götürdükdən sonra Pakistan sərhədinə keçdiyi ehtimal olunur. Mərkəzi Bankın Cənubi-şərq bölməsinin rəhbəri Fazil Əhməd mediaya açıqlamasında bildirib ki, oğurluq edənlərdən biri 9 illik bank işçisi olub, o, həm də yüksək vəzifə sahibi imiş. Ehtimal olunur ki, o,eyni şöbədə çalışan oğlu və qaynı ilə birgə oğurluq edib.

Maraqlıdır ki, oğurluq hadisəsi bankın təhülkəsizlik kameralarına düşməyib, görüntülərdə sadəcə kassanın boş olduğu görsənir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM