Mərkəzi Bankdan banklara – TƏLƏB

14:26 | 01.10.2015
Mərkəzi Bankdan banklara – TƏLƏB

Mərkəzi Bankdan banklara – TƏLƏB

Bəzi KİV-də Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə banklarına plastik kartların təhlükəsizliyini təmin etmək üçün ilin sonuna qədər vaxt verildiyi yazılmışdı. Bildirilib ki, AMB-in tələbinə əsasən yaxın 3 ay ərzində bütün bankomatlarda azı 2 kamera quraşdırılmalıdır.

Oxu.Az məsələ ilə əlaqədar Azərbaycan Mərkəzi Bankının (AMB) mövqeyini öyrənib.

Bankdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 23.06.2014-cü il tarixli 15/2 nömrəli qərarı ilə təsdiq edilmiş "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”na 30.06.2014-cü il tarixindən Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş dəyişikliklərə görə 01.07.2015-ci il tarixindən aşağıdakı tələblər qüvvəyə minib.

7.8. Ekvayerə məxsus bankomatlar ən azı aşağıdakı tələblərə cavab verməlidir:

7.8.1. Bankomat daxilində kart istifadəçisinin üz təsvirini aydın çəkməyə imkan verən ən azı bir ədəd gizli kamera quraşdırılmalıdır. Kameranın görüntüləri qeydə alınmalı və ən azı 6 (altı) ay müddətində saxlanılması təmin edilməlidir;

7.8.2. bankomatın kart oxuyucu qurğusuna kənardan müdaxilə edilməsinin qarşısını alan xüsusi avadanlıq quraşdırılmalıdır;

7.8.3. daxili proqram təminatı lisenziyalı antivirus proqramı ilə qorunmalıdır;

7.8.4. açıq ərazilərdə quraşdırılmış bankomatlar əlavə olaraq titrəyiş, istilik sensorları ilə təmin edilməlidir;

7.8.5. açıq ərazilərdə quraşdırılmış bankomatın qarşısındakı (və ya ətrafındakı) 2 (iki) metrdən az olmayan ərazi sutkanın qaranlıq vaxtı (sutkanın günəş batandan günəş çıxanadək olan hissəsi) aydın şəkildə işıqlandırılmalıdır.   

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM