Mərkəzi Bankın kapitallaşması yarım milyard manata çatdırılır

22:29 | 15.10.2015
Mərkəzi Bankın kapitallaşması yarım milyard manata çatdırılır

Mərkəzi Bankın kapitallaşması yarım milyard manata çatdırılır

Azərbaycan Mərkəzi Bankının nizamnamə kapitalı 10 milyon manatdan 500 milyon manata artırılır.

ANN.Az xəbər verir ki, Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunun 10.2-ci maddəsinə dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, "Mərkəzi Bankın nizamnamə kapitalı 10 milyon manatdır” cümləsində "10 milyon” sözü "500 milyon” sözü ilə əvəz edilir.

Layihə Milli Məclisin oktyabrın 20-də keçirilən plenar iclasında müzakirəyə çıxarılacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM