Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 30 dekabr 2023-cü il tarixinə 11 milyard 613 milyon dollar təşkil edir.Bu barədə Mərkəzi Bank məlumat verib.
2022-ci ilin sonuna Mərkəzi Bankın valyuta ehtiyatları 8 milyard 995,7 milyon dollar təşkil edib.Belə ki, "İnterfaks-Azərbaycan” agentliyinin hesablamalarına əsasən, 2023-cü ildə Mərkəzi Bankın valyuta ehtiyatları 29,1% artıb.
Eyni zamanda, dekabrda AMB-nin valyuta ehtiyatları 9,4% və ya 997,1 milyon dollar artıb.
2022-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 27,1% artıb.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !