Suriyada silahlı müxalifətin yaraqlıları minaatanlardan Hələbin yaşayış məhəllələrini atəşə tutublar.APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, mərmilər Touban məscidinin yaxınlığında partlayıb, nəticədə 10 nəfər həlak olub, 60 nəfər yaralanıb. Paytaxt Dəməşq ətrafında isə mərminin qaçqın düşərgəsinə düşməsi nəticəsində biri 4 yaşlı uşaq olmaqla 2 nəfər ölüb, daha 9 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !