Məşhur aktrisa öldü

10:26 | 07.08.2014
Məşhur aktrisa öldü

Məşhur aktrisa öldü

Məşhur amerikalı aktrisa Merilin Berns dünyasını dəyişib.ANN.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, ABŞ-ın 1974-cü il istehsalı olan “Texas qətliamı və ya Zəncirli mişarla Texas qətliamı” (ing. The Texas Chain Saw Massacre) filmində oynadığı rolla şöhrət qazanan aktrisa Merilin Berns kinosevərləri dərin hüznə qərq edib.Aktrisanın meneceri Kris Rou 65 yaşlı Bernsin Hyustondakı evində yaxınlarından biri tərəfindən ölü olaraq aşkar edildiyini bildirib. Kino ulduzunun ölüm səbəbi hələ ki, məlum deyil.Qeyd edək ki, Merilin Berns 1950-ci il iyulun 5-də Pensilvaniya ştatında dünyaya göz açmışdı.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM