İki həftə əvvəl ayağı burxulan və topuğu çatlayan aktrisa Hülya Koçyiğitin çatlayan ayağında problem yaranıb.
Xəbərə əsasən, ayağı burxulduqdan sonra topuğunun çatlamasını bilməyən aktrisa ayağı şişdiyi üçün həkimə gedib. Dünən isə həkim müayinəsindən sonra ayaqda çürümə prosesinin başladığı məlum olub.
Həkimin məsləhətinə əsasən, aktrisa 6 həftə yataq rejimində olmalı və müalicə olunmalıdır.
"Əhvalım korlanıb. Qırıq və çürümənin olması məni pis etdi. Nə etmək olar? Heç xoşlamıram, amma yatmalıyam. Allah bundan betərindən qorusun", - deyə aktrisa jurnalistlərə bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !