Məşhur Honkonqlu aktyor Çou Yun-fat 720 milyon dollarlıq sərvəti ilə bağlı açıqlama verib.
"Ölkə.Az” xəbər verir ki, aktyor öldükdən sonra sərvətinin xeyriyyə fondlarına bağışlanacağını bildirib.
Cənubi Koreya telekanalına müsahibə verən 63 yaşlı Çou deyib:
"Bu pula əbədi olaraq sahib olmaq olmaz. Öldükdən sonra bank hesabınızı özünüzlə aparmırsınız. Bir gün gedəndə, pulu başqa insanlara vermək lazımdır”.
Sadə həyat tərzi sürən, sərnişinnəqliyyat ilə səfərə çıxan və öz filminə tamaşa etmək üçün bilet alıb növbəyə duran Çou Honkonqda "Qardaş Fat” ləqəbi ilə tanınır.
Köhnə "Nokia” model telefondan istifadə edən Çou mobil telefonu xarab olduğu üçün yenisini almaq məcburiyyətində qalıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !