Keçmiş almaniyalı rep ifaçısı Deso Doqq Suriyada həlak olub.
ANS Press-im məlumatına görə, döyüşmək üçün Suriyaya gedən Doqqun burda “Qlobal Cihad” qruplaşması ilə birlikdə hökumət qüvvələrinə qarşı mübarizə apardığı bildirilir.
Daha əvvəl Suriyada yaralanan və müalicə olunan Deso Doqqun 2 gün əvvəl məruz qaldığı hücumda ölüb.
2010-cu ildə İslam dinini qəbul edərək Əbu Təlha əl Almani adını götürən Doqq bir müddət öz ölkəsində də islamın təbliği ilə məşğul olub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !