Məşhur filmdəki piano 2.9 milyona satıldı

21:28 | 25.11.2014
Məşhur filmdəki piano 2.9 milyona satıldı

Məşhur filmdəki piano 2.9 milyona satıldı

1940-cı illərin klassikləşmiş filmi "Kasablanka"da istifadə olunan piano ABŞ-ın Nyu-York şəhərində təşkil edilən bir hərracda satışa çıxarılıb.ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, filmin əsas səhnələrindən birində aktyor Dooley Wilson tərəfindən canlandırılan "Pianoçu Sem" İngrid Berqmanın istəyi ilə bu pianoda "As Time Goes By" mahnısını səsləndirirdi. Berqman filmdəki məşhur səhnədə Semin "Çal Sem, As Time Goes By-ı çal" deyirdi.Hərracda satılan piano filmdə istifadə edilən iki pianodan biri idi və diş həkimi Gary Milena aid idi. Piano 2.9 milyona satılıb.Digər piano iki il əvvəl satılmışdı.Bir çox səhnəsi Əlcəzairin liman şəhəri Kasablankada çəkilən və üç Oskar qazanan filmdə aktyor Hamfrey Boqart nasistlərin nəzarətində olan bölgələr də daxil olmaqla sərbəst səyahət etməyi təmin edəcək olan keçid sənədlərini pianonun içində gizlədirdi.Hərracda sənədlər də satıldı və 100 min dollardan alıcı tapdı.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür