Qətərin "Əl-Qarafa” klubunun formasını geyinən Uelsli Sneyder avtomobil qəzası keçirib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, məsələylə bağlı Qətər klubu açıqlama yayıb.
Açıqlamada hollandiyalı futbolçunun qəza nəticəsində boynundan yüngül zədə aldığı, lakin vəziyyətinin yaxşı olduğu bildirilir.
34 yaşlı futbolçu qəzadan əvvəl "beİN Sports”da Çempionlar Liqasının ilk oyun günündə keçirilən matçları şərh etmişdi.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !