Türkiyəli məşhur iş adamı Cem Uzan Türkiyə hökumətini məhkəməyə verərək, 2,5 milyard avroluq təzminat istəyib. “Axar.az” xəbər verir ki, Türkiyənin Enerji və Təbii Qaynaqlar naziri Tanər Yıldız məşhur iş adamı Cem Uzanın Türkiyə hökumətini məhkəməyə verməsindən danışıb. Nazir məhkəmə işinin qısa zamanda rədd ediləcəyinə inandığını bildirib: "İndi Cem Uzan saxtakarlığından irəli gələrək, bu səfər Stokholmda hökumətimizə qarşı 2,5 milyard avroluq məhkəmə işinin açılması üçün müraciət edib. İnanırıq ki, proses başlamadan məhkəmə işi rədd ediləcək”. Enerji naziri Cem Uzanın Türkiyədə olduğu dövrlərdə hansı fırıldaqçılıqla məşğul olduğunu xatırladaraq Uzan ailəsinin üzvü olan iş adamının məhkəməyə müraciətinin nəticəsiz qalacağını deyib. Xatırladaq ki, Cem Uzan 2002-ci ildə “Gənc Partiya” yaradaraq siyasət aləminə qatıldıqdan sonra, sahib olduğu şirkətlərdə bir sıra yoxlamalar aparılıb və külli miqdarda vergidən yayınma halları, həmçinin bir sıra maliyyə maxinasiyaları aşkar edilib. İş adamı elə buna görə xaricdə yaşamaq üçün ölkədən qaçıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !