Məşhur müğənni dünyasını dəyişdi - FOTO

09:46 | 06.09.2020
Belçikalı məşhur müğənni və aktrisa Anni Kordi 92 yaşında dünyasını dəyişib.
Bu barədə "Frans Press” agentliyi məlumat verib.

A.Kordi ilə yaşayan qohumu Mişel Lebonun sözlərinə görə, həkimlərin bütün səylərinə baxmayaraq qəflətən özünü pis hiss edən müğənnini xilas etmək mümkün olmayıb.
Leoni Koreman səhnə adı olan Anni Kordi kimi məşhurdur. O, 700-dən çox mahnı ifa edib, 20-dən artıq musiqili komediyada, 40 filmdə və 30 serialda, həmçinin onlarla pyesdə iştirak edib. Albomu beş milyon nüsxədən çox satılıb.
2004-cü ildə baronessa tituluna sahib olub. Ən məşhur mahnıları "Tata Yoyo” və "La bonne du cure”dir.
 


www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM