• $ 1.7
  • € 1.9216
  • ₽ 0.020775
  • ₺ 0.0441
  • £ 2.2624

Məşhur müğənni Ərdoğanı təhqir etdi - 11 ay azadlıqdan məhkum edildi

Məşhur müğənni Ərdoğanı təhqir etdi - 11 ay azadlıqdan məhkum edildi
19.07.2019 23:47
Türkiyənin tanınmış müğənni və aktrisası Zuhal Olcaya həbs cəzası verilib.



Anews.az xəbər verir ki, dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı təhqir etməkdə günahlandırılır.
Sənətçi İstanbulda səhnəyə çıxdığı məkanların birində "Boş ver dünyayı” adlı mahnının sözlərini dəyişərək "Rəcəb Təyyib Erdoğan, həpsi boş, həpsi yalan. Bir gün həyat bitecek, görəcəksin bir rüya” kimi oxuyub. Hətta bu sözləri səsləndirərkən əl hərəkəti ilə də prezidenti təhqir edib.
İstanbul 16-cı Cəza Məhkəməsi müğənniyə verilmiş və daha sonra təxirə salınmış 11 ay 20 gün həbs cəzasını qüvvədə saxlayıb.
Xatırladaq ki, 5 avqust 2016-cı ildə bir şəxs polisə zəng edərək müğənni Zuhal Olcayın Kadıköydə məkanların birində çıxışı zamanı prezidentə əli ilə qeyri-etik hərəkət edərək, onu təhqir etdiyi ilə bağlı məlumat verib. Bu şikayətdən sonra məlumat araşdırılaraq öz təsdiqini tapıb. Zuhal Olcay haqqında "prezidentə birbaşa təhqir” maddəsi ilə 2 aydan 4 il 8 aya kimi həbs cəzası tələb edilmişdi.
Z.Ovcay ittihamları qəbul etməyib. O, əl hərəkətini ön sırada əyləşən tamaşaçıya göstərdiyini deyib. Ümumiyyətlə, hər hansı bir yanlış hərəkətini xatırlamadağını söyləyən sənətçi, həmin gecə spirtli içki qəbul etdiyini etiraf edib./baku.ws/

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda qum fırtınası səbəbilə 800-dən çox insan xəstəxanaya müraciət edib
Dünya 20:00
İranda qum fırtınası səbəbilə 800-dən çox insan xəstəxanaya müraciət edib
Yəmənin Baş naziri istefa verib
Dünya 19:35
Yəmənin Baş naziri istefa verib
İndoneziya sahillərində 6 maqnitudalı zəlzələ olub
Dünya 19:13
İndoneziya sahillərində 6 maqnitudalı zəlzələ olub
Sırrı Süreyya Öndər vəfat edib
Dünya 17:36
Sırrı Süreyya Öndər vəfat edib
Zelenski Putinin 9 Mayla bağlı atəşkəs təklifini qəbul etməyib
Dünya 14:30
Zelenski Putinin 9 Mayla bağlı atəşkəs təklifini qəbul etməyib
Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıla bilər
Dünya 13:08
Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıla bilər
Vuçiçin ABŞ-a səfəri zamanı səhhəti pisləşib, Serbiyaya qayıdıb
Dünya 12:06
Vuçiçin ABŞ-a səfəri zamanı səhhəti pisləşib, Serbiyaya qayıdıb
İstanbulda yol çöküb - Video
Dünya 11:28
İstanbulda yol çöküb - Video
Tramp Roma Papası obrazında şəklini paylaşıb
Dünya 10:12
Tramp Roma Papası obrazında şəklini paylaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol