70 milyondan çox albomu satılan İspaniyanın dünyaca məşhur müğənnisi Kamilo Sesto 72 yaşında dünyasını dəyişib.
Anews.az xəbər verir ki, bu barədə sənətçinin sosial media hesabında açıqlama verilib. Yerli "TVE” televiziyasının məlumatına görə, sənətçi Madriddəki xəstəxanada ürəktutmasından vəfat edib. Baş nazir Pedro Sançez başsağlığı mesajında Sestonun ispan xalqı üçün böyük itki olduğunu bildirib.
Qeyd edək ki, 1960-cı ildən tanınmağa başlayan Kamilo Sesto 1971-ci ildə işıq üzü görən ilk albomu ilə məşhurlaşıb. "Algo De Mí” albomu yüzminlərlə alıcı tapıb. Sənətçinin "El Amor de mi Vida" (Həyatımın sevgisi), "Perdoname" (Bağışla), "Quieres ser mi amante” (Sevgilim olmaq istəyərsənmi) və digər onlarla mahnısı hit olub. Sesto ingilis, alman, yapon, katalan və digər dillərdə də mahnı ifa edib. (redaktor)
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !