Dünən Moskvada daha bir “qanuni oğru” ölüb.
62 yaşlı tiflisli kriminal Vaxtanq Çoçiyanın paytaxt klinikalarından birində əməliyyat stolunda vəfat edib.
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, “Vato” ləqəbli bu şəxs axır illərində necə sakit yaşayıbsa, elə də sakit vəfat edib. Məlumat üçün deyək ki, Çoçiya Gürcüstanda həbsdə olub. Moskvaya qayıtdıqdan sonra isə bir dəfə də cinayət məsuliyyətinə cəlb edilməyib. 90-cı illərin sonlarından demək olar ki, hüquq mühafizə orqanlarının diqqətində olmayıb.
Vato Çoçiyanın cəsədinin basdırılmaq üçün vətəni Tbilisiyə aparılacağı ehtimal olunur.
Xatırladaq ki, bir neçə gün öncə 60 yaşlı “qanuni oğru” Timoxa Qomelskinin Kilsədən çıxarkən öldürülmüşdü.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !