«NQ»: Azərbaycan karbohidrogenlərdən imtina etmədən, inkişafa qadirdir
Rusiyanın məşhur "Nezavisimaya Qazeta”-sı "Azərbaycan karbohidrogenlərdən imtina etmədən, inkişafa qadirdi” başlığı ilə məqalə yayımlayıb.
ANN.Az həmin məqaləni təqdim edir:
12-18 iyun tarixlərində Avropa Oyunlarını qəbul edəcək Azərbaycan iqtisadi cəhətdən getdikcə inkişaf edən ölkəyə çevrilir və artıq indidən dünyanın siyasi və iqtisadi xəritəsində öz layiqli yerini tutub.
Hazırda respublikada çox gözəl sabitlik şəraiti qurulub – Azərbaycanda karbohidrogen ehtiyatların sənaye üsuluyla çıxarılmasına 1 əsrdən çoxdur ki, başlanılıb, ABŞ-da isə bu yalnız 1947-ci ildə mümkün olub. Azərbaycan rəhbərliyi neftdən gələn gəliri infrastrukturun inkişafına və qeyri-neft sahəsinə yatırmağı üstün tutur.
"2005-2015-ci illər arası 10 il - "ölkədəki üçüncü neft-qaz bumu dövrü” - Azərbaycanın neft-qaz sənayesinin çiçəkləndiyi dövrdür – bu sözləri SOCAR-ın vitse-prezidentinin müavini Vitali Bəylərbəyov deyir. - Birincisi, XIX əsrin sonu XX əsrin əvvəlində - bütün dünyada neft sənayesinin start götürdüyü dövrdə baş verib. O zaman Azərbaycanda dünya neftinin 50%-i istehsal olunurdu. İkinci bum Böyük Vətən Müharibəsi dövründə baş verib, o zaman Sovet İttifaqında istehsal olunan neftin 70%-i ölkəmizin payına düşürdü – insan resursu ilə birlikdə bu, Almaniya üzərində qələbədə böyük rol oynadı. Üçüncü bum isə Azərbaycan müstəqil şəkildə dünya arenasına çıxanda, bizim nəslin dövrünə düşdü.
Hazırda Azərbaycanın neftin çıxarılmasında dünyadakı payı çox deyil, 1%-i ancaq keçir, ancaq bu gün bizim neftimiz bütün dünyada 30-dan çox ölkəyə – Cənubi-qərbi Asiyaya, Avropaya, Cənubi və Şimali Amerikaya, İsrailə, İtaliyaya, İspaniyaya çatdırılır, qazın çıxarılması ilə birlikdə "Cənubi qaz dəhlizi”nin yaradılması bizim ciddi uğurumuzdur".
Bu günlərdə Azərbaycanın energetika naziri Natiq Əliyev bildirdi ki, Azərbaycan illik neftin çıxarılmasını 40-45 mln ton səviyyəsində saxlamaq istəyir, bununla yanaşı, keçən il ölkədə 29 mlrd kub m qaz çıxarılıb.
"Azərbaycanın böyük qaz potensialı var və biz çalışırıq ki, növbəti illərdə bu göstəricini artıraq”, - nazir vurğulayıb. "2035-ci ildə enerji resurslarının Avropaya ixracında ciddi artım proqnozlaşdırılır. Alternativ enerji bu tələbatı ödəyə bilməz”, - nazir bildirib və altını cızaraq deyib ki, Azərbaycan Mərkəzi Asiyadan enerjinin tranzit olunması daxil olmaqla, enerji resurslarının tranzitində Qərblə Şərq arasında körpü rolunu oynayır.
"Məhz bu səbəbdən daim böyük tədbirlərin, ümumdünya əhəmiyyətli konfransların keçirildiyi Azərbaycan Avropa üçün maraqlıdır. Xüsusilə son illərdə tez-tez deyilir ki, Avropa və ABŞ Azərbaycandan reallaşdırılan bütün layihələri dəstəkləyir, bizim ölkəmizə həm mənbə, həm də enerji resurslarının dünya bazarına, xüsusən Avropa ölkələrinə çıxarılmasında yeni marşrut kimi baxırlar”, - Natiq Əliyev qeyd edib.
Azərbaycanda hazırda mövcud olan neftayırma zavodlarında neftin emalı 90%-ə çatdırılıb, indi neftçilərin qarşısında duran əsas məsələ Avro-5 standartlarına keçməkdir.
"Hazırki köhnə təchizatlı zavodlarda buna nail olmaq çətindir – Vitaliy Bəylərbəyov deyir – Ona görə də biz Heydər Əliyev adına neftayırma zavodunda genişmiqyaslı modernləşdirmə işinə başlamışıq, həmçinin Bakının cənubunda salınacaq neft-qaz və neft-kimya kompleksi layihələşdirilib və hazırda fəaliyyət göstərən bir qaz emalı və iki neft emalı zavodunun tamamilə dəyişdirmək nəzərdə tutulub”.
Hazırda işləyən müəssisələr çox böyükdürlər, 16 milyon neft emal etmək gücündədirlər. Onlar hələ SSRİ zamanında inşa ediliblər, o zamanlar neftin bir hissəsi Azərbaycanda, başqa hissələri isə Şərqi və Qərbi Sibirdə çıxarılırdı. Hazırda belə güclə işləyən və belə texniki parametrləri olan zavodlar Azərbaycanı artıq qane etmir, ölkəyə daha yüksək texnologiyalı və ekoloji cəhətdən təmizləri lazımdır. Bundan başqa, tarixən zavodlar şəhərin mərkəzində yerləşib, bu isə yeni tələbata, şəhərsalmaya və ekologiyaya uyğun gəlmir.
Bu nəhəng kapital tutumlu layihədir, söhbət uzun müddət ərzində reallaşdırılacaq 10-15 milyard dollarlıq investisiyadan gedir, kompleks istismara mərhələli şəkildə 2020-2030-cu illərdə verilə bilər” – Bəylərbəyov bildirir.
Kompleks üçün hazırda ölkədə çalışandan daha çox neft sahəsində ixtisaslaşmış kadrlar lazımdır, ancaq inşaat zamanı Azərbaycanda lazım olan kadrlar yetişdiriləcək. Bunun üçün dövlət proqramı ilə xaricdə ən yaxşı universitetlərə təhsil almağa yüzlərlə tələbə göndərilib, onlar qayıdıb ölkədə işləmək şərtiylə dövlət hesabına oxuyurlar. SOCAR da özünün Bakı Ali Neft Məktəbində mütəxəssislərin hazırlanması üçün çalışır, həmçinin ölkə rəhbərliyi vacib sahələrdə mütəxəssislərin yetişdirilməsi üçün dünyanın ən prestijli universitetlərində tələbələrin oxumasını təmin edir.
Ancaq ölkədə başa düşürlər ki, böyük ambisiyları olan ölkədə ancaq neft-qaz ehtiyatlarına sərmayə yatırmaq uzaqgörən siyasət deyil.
Azərbaycan ixrac və investisiya fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov deyir ki, hazırda respublikanın qarşısında duran əsas məqsədlərdən biri iqtisadiyyatın diversifikasiyasıdır.
"İqtisadiyyatın şaxələndirilməsi üçün biz 10 ildir ki çalışırıq, başlanğıcda Azərbaycanın hərəkətverici gücü kimi əsas rolu iqtisadiyyatın 60%-ini əhatə edən neft-qaz sektoru oynayırdı, - Məmmədov bildirir. – Bu, Azərbaycanın əsas üstünlüyü idi – bu sahədə böyük təcrübə və vacib resurs ehtiyatı var idi.
Ancaq biz başa düşürdük ki, iqtisadiyyatın digər sahələrinə də diqqət ayırmaq lazımdır, nef-qaz sektorunun dominantlıq etməsi bizim iqtisadi təhlükəsizliyimizi təhdid edə bilərdi. Biz digər sahələrdə münbit biznes mühiti yaratmağa çalışırıq, onları aktiv şəkildə maliyyələşdiririk və nəticədə 2015-ci ilin əvvəlində Azərbaycan iqtisadiyyatının 60%-ini qeyri-neft sektoru təşkil etməyə başlayıb”.
Bu tendensiyanın saxlanılması planlaşdırılır. Dövlət səviyyəsində qəbul edilən "Azərbaycan - 2020. Gələcəyə baxış” konsepsiyasında növbəti 5 ildə qeyri-neft sektorunun payını 80%-ə çatdırmaq planlaşdırılır. "Bu, böyük ambisiyadır, ancaq həll edilməsi mümkün tapşırıqdır. Əgər qeyri-neft sektoru hər il yeddi faiz və ya da daha çox artsa, biz məqsədimizə çatacağıq. Son 10 illikdəki 7-10%-lik artımlar göstərir ki, biz istəyimizə nail olacağıq” – Məmmədov qeyd edir.
Hazırda Azərbaycanda əsas prioritet məsələ məsələn, informasiya texnologiyaları, kosmos sənayesi (2012-ci ildə iki Azərbaycan peyki kosmosa buraxılıb) kimi böyük potensialı olan sahələrin inkişafıdır. Ölkədə qeyri-neft sahəsində emal sənayesinin aktiv şəkildə industriyalaşdırılması siyasəti aparılır. İqtsadiyyatın əsas hərəkətverici qüvvəsi sənayə parkları və yüksək texnologiya parkları olmalıdır.
Onların rezidentləri 7 il ərzində demək olar ki, bütün gəlirlərdən, gəlir vergisindən, ƏDV-dən, əmlak vergisindən, torpaq vergisindən, istehsal üçün götürülmüş təchizatın ƏDV-sindən azad olunublar. Bu parklar biznes-layihələrin startı üçün lazım olan bütün kommunikasiyaları təqdim edir və investorların infrastruktur yaratmaq üçün əlavə xərclər çəkməməsini təmin edir.
Əgər 2003-cü ildə qeyri-neft sektoruna investorlar 300 milyon dollar yatırmışdılarsa, 2014-cü ildə bu rəqəm 5 mlrd dollara çatdı. 1995-ci ildən Azərbaycan iqtisadiyyatına investorlar 200 mlrd dollar yatırıblar, bunun 52%-i daxili, 48%-i xarici investisiyadır. Azərbaycanda fəaliyyət göstərən əsas investorlar Böyük Britaniya, Türkiyə, ABŞ, Yaponiya, Hollandiya və təbii ki Rusiyadır.
İndi ölkədə rus kapitalıyla 599 şirkət işləyir və investisiyanın həcmi 1.8 milyard dollardır. Yatırılanın 64%-i qeyri-nef sektorunun –kənd-təsərüffatının, qida və emal sənayesinin, turizmin, informasiya texnologiyları, kimya və neftkimya sahələrinin payına düşür. Ümumdünya iqtisadi forumunun göstəricilərinə görə, Azərbaycanın rəqabətədavamlı iqtisadiyyatı dünyada 38-ci pillədə qərarlaşıb.
Respublikada əmindirlər ki, Avropa Oyunları Bakıda keçirilməsiylə -Azərbaycan mədəniyyəti, zəngin multikultural ənənələri təbliğ ediləcək, Azərbaycanın biznes imkanlarıyla zəngin ölkə kimi tanınması üçün şərait yaranacaq.
"Avropa Oyunlarının Bakıda keçirilməsi müəyyənləşəndən sonra, biz xarici partnyorlarımızın Bakıdakı layihələrə diqqət ayırdığının şahidi olduq və buna Avroziya-2012-də olduğu kimi təkcə turist axınının deyil, həmçinin yeni layihələrin başlanğıcı kimi baxırıq” , - Məmmədov dedi.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !