Türkiyəli şair Dərman İskəndər Övər (Küçük İskəndər) vəfat edib.
Anews.az Publika.az istinadan xəbər verir ki, 55 yaşlı şair uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişib.
Çağdaş türk ədəbiyyatının öndə gedən şəxslərindən olan Küçük İskəndər şeir, roman, xatirə janrlarında yaradıcılığını davam etdirib. İlk filmi "Ağır Roman” ilə aktyorluqda şansını sınayan şair 2000-ci ildə Orhon Murat Arıburnu, 2016-cı ildə Melih Cevdet Anday şeir mükafatını qazanıb.
Şairin ölümünü onun yaxın dostu Yekta Kopan tvitter hesabından bu sözlərlə elan edib: "Gözlərim üzümə sığmır, Küçük İskəndər. Çox dirəndin. Vida edərkən belə dirənməyi öyrtədin. Buraya qədər imiş, bütün inqilabların dəli qəhqəhəsi idin. Uğurlar olsun, İskəndər”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !