Türkiyənin məşhur aktyoru İlyas Salman polis tərəfindən saxlanılıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktyor çəkildiyi "Qatardakı sərnişin" ("Trendeki Yolcu") filminin təqdimatı keçirilən oteldə qadağan olunmasına rəğmən spirtli içki içib. Bundan sonra dava saldığı deyilən aktyora mühafizəçilər tərəfindən xəbərdarlıq edilib.
Otəl rəhbərliyinin şikayətindən sonra İ.Salman polis bölməsinə aparılıb və ifadəsi alınıb. Filmin rejissoru Hamit Şahin də aktyorla polis şöbəsinə gedərək danışıq aparıb. Həkim müayinəsindən sonra aktyor sərbəst buraxılıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !