İspaniyanın "Barselona" klubunun yeni prezidenti Xosep Mariya Bartomeu hücumçu Lionel Messi ilə müqavilənin daha yaxşı şərtlər əsasında imzalanmasına razılıq verib.Trend-in məlumatına görə, Rusiya KİV-i çərşənbə axşamı "Marka" qəzetinə istinadən yazır ki, hazırda argentinalı futbolçu klubunda ildə 13 milyon avro alır. Bura 3 milyon həcmində bonuslar daxil deyil.Yeni müqaviləyə görə, Messi ildə 18 milyon avro alacaq. Bundan başqa ulduz futbolçu qazanılan titullardan asılı olaraq daha 3 milyon avro da qazana bilər.Qeyd edək ki, Kriştianu Ronaldo "Real"da bu qədər məvacib alır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !