İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi maraqlı fikirləri ilə diqqət çəkib.
"Report"un DAZN nəşrinə istinadən verdiyi məlumata görə, argentinalı ulduz karyerası ərzində qarşılaşdığı ən çətin "şəxsi nəzarətçi" funksiyasını daşıyan futbolçunun adını açıqlayıb.
O, İspaniyanın "Jirona" komandasının ispan müdafiəçisi Pablo Maffeoya qarşı oynamağın çox çətin olduğunu vurğulayıb:
"Oyunlar zamanı "şəxsi nəzarətçi"nin olması məni narahat etmir. Ancaq qəribə görünür. Düzünü desəm, karyeram ərzində bu cür hallarla tez-tez rastlaşmıram. Çünki bilirsən ki, matç çətin keçəcək, amma bir də baxırsan ki, yanında kimsə dayanır. "Jirona"nın müdafiəçisi Pablo Maffeoya qarşı oynamaq, həqiqətən, çətin idi. Bununla belə, heç zaman şikayətlənən biri olmamışam. Düşünürəm ki, fiziki təmas və zərbələr oyunun tərkib hissəsidir".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !