Messi yaşıl meydanlara dönür

23:44 | 13.12.2013
Messi yaşıl meydanlara dönür

Messi yaşıl meydanlara dönür

İspaniyanın “Barselona” futbol klubunun və Argentina yığmasının oyunçusu Lionel Messi yaşıl meydanlara yanvar ayının 1-ci yarısında çıxacaq.ANS PRESS-in Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, hazırda Argentinada reabilitasiya kursu keçən ünlü futbolçu Argentina yığmasının həkimlərinin nəzarətilə fərdi proqramla məşq edir.Qeyd edək ki, “Barselona”nın idman direktoru Andoni Subisarreta, komandanın həkimi Rikardo Pryuna və klubun texniki xidmətinin nümayəndəsi Pepe Kosta Lionel Messi ilə görüşmək üçün gələn həftə Argentinaya yola düşəcəklər. Xatırladaq ki, Lionel Messi noyabrın 10-da, İspaniya çempionatın 13-cü turunda “Betis”lə oyun zamanı sol budundan zədələnmişdi.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb