Aparıcı Mətanət Əliverdiyeva ARB telekanalında qayınanasından danışıb.
Anews.az xəbər verir ki, məşhur aparıcı "Səhər-səhər”verilişində maraqlı etiraflar edib.
O deyib ki, bir evdə yaşasalar da, onunla küsülü olublar:
"Erkən yaşda ailə qurmuşdum. Hər birimizin səhvi olur. Öyrənə-öyrənə böyüdüm. Qayınatam gözəl insan idi, məni sevirdi. Qayınanamla yola getmirdik. Bir dəfə ayağı sınmışdı, çarpayıda bir ay yatdı. Küsülü olsaq da, qulluğunda dururdum. Ümumiyyətlə, qayınanalar oğullarını gəlinə qısqanırlar”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !