• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Mətbuat xidmətinin rəhbəri ölümlə hədələnir - DİN-ə müraciət edildi

Mətbuat xidmətinin rəhbəri ölümlə hədələnir - DİN-ə müraciət edildi
18.06.2021 15:33
Xəzər Universitetinin İctimayətlə Əlaqələr və Mətbuat Xidmətinin rəhbəri  Əlövsət Əmirbəyli qonşusu tərəfindən ölümlə hədələnir. Bu barədə HİT.Az-a Əlövsət Əmirbəylinin yaxınları məlumat verib. 


Məlumatı verən mənbə deyib ki, hədələnməyə səbəb Əlövsət Əmirbəyli də daxil Keşlə qəsəbəsi Yarış küçəsinin bir qrup sakininin Daxili İşlər Nazirliyinə (DİN) və Nizami rayon Polis İdarəsinə və digər qurumlara ünvanladıqları müraciət olub. 


Məsələnin kökünə gəlincə, mənbə qeyd edib ki, məhəllə sakinləri 3 ilə yaxındır ki, evlərində rahat yaşa bilmirlər. Qayınanasının evində məskunlaşan qonşulardan biri həyətdə qanunsuz şəkildə müxtəlif avtomobillərin təmirini və satışını həyata keçirir. Qəza törətmiş avtomobilləri belə gizli şəkildə təmir edir. Məhəllədə heç kəsə əhəmiyyət vermədən günün müxtəlif saatlarında narkotik satışını həyata keçirir, gecələr isə təmirə saxladığı maşınlarda tanışları ilə qrup halında narkotikdən istifadə edir. Məhəllənin xanımları işə getməyə, uşaqları isə küçədə oynamağa qorxurlar. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir nəticə olmayıb. Hətta ona qarşı çıxanları gecə yatağında öldürməklə hədələyib.


HİT.az məsələ ilə bağlı Əlövsət Əmirbəylinin özü ilə də əlaqə saxlayıb. O, məlumatı təsdiqləyərək bildirib ki, 3 ildir qapı qonşusu olan Habil Novruzovun qanunsuz hərəkətlərinə dəfələrlə etiraz etməsinə baxmayaraq, heç nə dyişməyib.


"Dünən axşam saat 20:30 radələrində avtomobil boyama işini həyata keçirirdi. Boyanın qoxusundan evin 2-ci mərtəbəsində oturmaq mümkün deyildi. Dayandırmağı tələb etdim. Ən pis söyüşlərlə məni təhqir etdi və öldürməklə hədələdi. Mən və 9 qonşu DİN-nin  "102 xidməti”nə və sahə müvəkkilinə şikayət etdik. Müraciətimiz  "102 xidməti” tərəfindən qeydə alındı. Bildirildi ki, bu gün izahatlarımızı alacaqlar.  Ümid edirik ki, polisin müdaxiləsi ilə problem həllini tapacaq”, - deyə Əlövsət Əmirbəyli əlavə edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya və Azərbaycan Aktauda baş vermiş təyyarə qəzası ilə bağlı birgə araşdırma aparacaq
11:57
Rusiya və Azərbaycan Aktauda baş vermiş təyyarə qəzası ilə bağlı birgə araşdırma aparacaq
Azərbaycan bayrağı Strasburqda AŞPA-nın qərargahı qarşısında endirilib
16:00
Azərbaycan bayrağı Strasburqda AŞPA-nın qərargahı qarşısında endirilib
Rüfət Səfərovun həbs qərarına verilən apelyasiya şikayəti təmin olunmadı
14:21
Rüfət Səfərovun həbs qərarına verilən apelyasiya şikayəti təmin olunmadı
Şəhidlərin xatirəsinə həsr olunan tamaşa nümayiş olunub
20:04
Şəhidlərin xatirəsinə həsr olunan tamaşa nümayiş olunub
Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 15 məsələ var
11:19
Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 15 məsələ var
Rusiya PUA-ları Zaporojye infrastrukturuna zərbələr endirib
17:17
Rusiya PUA-ları Zaporojye infrastrukturuna zərbələr endirib
Mərkəzi Bankın məqsədi ölkədə makroiqtisadi sabitliyi təmin etməkdir - Kazımov
14:57
Mərkəzi Bankın məqsədi ölkədə makroiqtisadi sabitliyi təmin etməkdir - Kazımov
Azərbaycan Çinin BYD şirkəti ilə müqavilə imzalayıb
13:01
Azərbaycan Çinin BYD şirkəti ilə müqavilə imzalayıb
Rusiyalıların əksəriyyəti Ukrayna müharibəsini dəstəkləyir  - SORĞU
09:54
Rusiyalıların əksəriyyəti Ukrayna müharibəsini dəstəkləyir - SORĞU
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol