Metro ticarətçilərinə şad xəbər - FOTOLAR

15:34 | 16.04.2014
Metro ticarətçilərinə şad xəbər - FOTOLAR

Metro ticarətçilərinə şad xəbər - FOTOLAR

Ötən ay işsiz qalan metro ticarətçilərinin daha bir qrupu daimi iş yeri tapmağa yaxındır. Bunlar “Nərimanov” metrostansiyasının tunelində çalışanlardır. Ticarətçilər öz köhnə qazanc yerlərindən çox da uzağa getməyiblər, “Nərimanov” metrostansiyasının yaxınlığında “Metro” adlı yeni açılmış ticarət mərkəzinə köçüblər. Ticarətçilərin musavat.com-a verdiyi məlumata görə, ticarət mərkəzi yalnız “Nəriman Nərimanov” metrosunda çalışmış ticarətçilər üçün nəzərdə tutulub: “Metrolarda ticarət ləğv edildikdən sonra hər kəs bir yana getdi. Hələ də işsiz qalanlar var. Biz də qərara gəldik ki, belə bir yer götürək və fəaliyyətimizi burada davam etdirək. Ticarət mərkəzində çalışanların hamısı “Nərimanov” metrostansiyasında işləmiş ticarətçilərdir”.Ticarətçilərin sözlərinə görə, yeni ticarət mərkəzində yalnız 31 nəfər çalışa biləcək: “Bura əvvəllər kafe olub. İndi ticarət mərkəzinə çevirilib. Adı ticarət mərkəzi olsa da o qədər də böyük yer deyil, cəmisi 31 ticarət köşkü var. Yeni olduğu üçün hələ ki, tam hazır deyil. Bütün ticarətçilər köçməyib. Alıcılarımız da azdır. Amma ümid edirik ki, köhnə müştərilərimizi yenidən qazana biləcəyik. Çünki metro ticarətinin ləğv edilməsi bizə böyük zərbə oldu. Hələ də borclarımızı ödəyə bilməmişik. Bura bizim son çarəmizdir”.ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM