ANN.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, bu gün saat 11:52-də Həzi Aslanov-İçərişəhər xətti ilə hərəkət edən 11 saylı qatarda texniki nasazlıq yaranıb.
Bu səbəbdən "Ulduz” stansiyasından "Nəriman Nərimanov” stansiyası istiqamətində hərəkət edərkən qatar "Nəriman Nərimanov” stansiyasının girişində dayanıb: "Texniki nasazlıq metroda qatarların ümumi hərəkətində 12 dəqiqə gecikməyə səbəb olub. Köməkçi qatar vasitəsilə nasaz qatar stansiyadan çıxarılıb, sərnişinlər boşaldılıb, qatar isə depoya göndərilib. Onun əvəzinə xəttə ehtiyat qatar buraxılıb. Hazırda qatarların hərəkətində heç bir problem yoxdur, sadəcə qatarların hərəkət qrafikini, qatarlar arasında intervalı yenidən bərpa etməyə çalışırıq. Yaxın müddət ərzində qrafik tam bərpa olunacaq”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !