Metroda nə baş verir?

11:13 | 03.07.2014
Metroda nə baş verir?

Metroda nə baş verir?

Bildiyimiz kimi, metroda qatarların sayının azalması, intervalın artması metro istifadəçilərinin narazılığına səbəb olub. Günün pik saatlarında vaqonlarda sıxlıq yaranır. 
Hətta rəsmi dövlət qəzeti olan “Azərbaycan qəzetində də bir sərnişinin bu barədə şikayəti də dərc olunub.
 “Qafqazinfo” məsələ ilə əlaqədar Bakı Metropoliteni QSC-nin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayevə müraciət edib. N. Paşayaev bildirib ki, sərnişinlər sıxlıqdan narazı ola bilərlər: “Amma əksər qurumların yay qrafiki ilə təsdiq olunmuş qaydaları var. Biz yay qrafikinə keçmək məcburiyyətindəyik. Metropoliten qışa hazırlıq məqsədilə bu addımları atır. Burada həm də rentabellik məsələsi də nəzərə alınır. Hazırda qatarların sayı azalıb, interval artıb. Əvvəl Bakı Metropolitenindən 700 min sərnişin istifadə edirdisə, indi bu rəqəm 400 minə düşüb”. 
Nəsimi Paşayev yay fəsli ilə əlaqədar vaqonlarda kondisionerlərin olmamasından dolayı yaranan narahatlıqlara da aydınlıq gətirib. O qeyd edib ki, hazırda metroda olan vaqonlarda kondisonerlərin istifadəsi qeyri-mümkündür: “Texniki şərtlər buna cavab vermir. Amma yeni tikiləcək stansiyalarda vaqonlara kondisionerlərin quraşdırılması nəzərdə tutulub”. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür