• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Metrodakı nasazlıqla bağlı sabah xüsusi araşdırma iclası keçiriləcək - Yenilənib

Metrodakı nasazlıqla bağlı sabah xüsusi araşdırma iclası keçiriləcək - Yenilənib
04.12.2024 23:42
Bakı metrosunda qatardakı texniki nasazlıqla bağlı sabah komissiyanın xüsusi araşdırma iclası olacaq.Bu barədə "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

O, qeyd edib ki, mövcud vəziyyətin aidiyyəti şöbələrin rəhbərliyi ilə müvafiq araşdırılması aparılacaq.

Bəxtiyar Məmmədov xatırladıb ki, bugünkü sıxlığın tənzimlənməsi bir saat davam edib:

"Qatarın nasazlığı 18.20-də, yəni sərnişinlərin ən sıx vaxtında müşahidə olunub. "28 May” həmin vaxt Bakı metrosunun ən sıx stansiyalarından biri olur. Bu zaman sərnişinlərin düşürülməsi səkkiz dəqiqəyə yaxın vaxt aparıb”.

 19:14

Bakı metrosunda "yaşıl xətt” - "Əhmədli-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar nasazlıq ehtimalı ilə xətdən çıxarılıb.

Metropolitendən verilən məlumata görə, yaranmış vəziyyətdə sərnişin sıxlığı səbəbilə platformaların ifrat həddə yüklənməsinə yol verməmək məqsədilə zəruri tədbirlər görülür.

Hazırda "28 May" və "Elmlər Akademiyası" stansiyalarında tənzimlənmə və təhlükəsizlik tələblərinin təmin olunması üçün girişlərdə nəzarət-buraxılış tədbirləri gücləndirilib.

Texniki nasazlıq müəyyən edilmiş qatar xətdən çıxarılıb. Əvəzinə xəttə qatar verilib.
 
 18:34

Bakı metrosunda "yaşıl xətt” - "Əhmədli-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar "28 may” stansiyasında ikən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib. Bu səbəbdən "28 may” stansiyasında sərnişinlər düşürülüb.Bu barədə "Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

"Qatar xəttə ikən qatara baxış keçiriləcək. Digər əlavə məlumatları təqdim edəcəyik”, - deyə məlumatda bildirilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 23:30
Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
Cəmiyyət 20:52
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Cəmiyyət 17:24
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Dənizdə batma təhlükəsində olan şəxs xilas edilib - Video
Cəmiyyət 15:10
Dənizdə batma təhlükəsində olan şəxs xilas edilib - Video
Bakıda külək ağacı avtobusun üzərinə aşırıb - Video
Cəmiyyət 14:15
Bakıda külək ağacı avtobusun üzərinə aşırıb - Video
Qazaxda minik avtomobili aşıb, ölən var
Cəmiyyət 13:39
Qazaxda minik avtomobili aşıb, ölən var
Yağış yağacaq, yüksək dağlıq ərazilərə dolu düşəcək - Sabahın havası
Cəmiyyət 12:33
Yağış yağacaq, yüksək dağlıq ərazilərə dolu düşəcək - Sabahın havası
Laçında yük maşını dərəyə aşıb
Cəmiyyət 10:49
Laçında yük maşını dərəyə aşıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol