Metroda qatarların sayı artırıldı

10:44 | 30.03.2015
Metroda qatarların sayı artırıldı

Metroda qatarların sayı artırıldı

Bakı metrosu bayram tətilindən sonra yenidən əvvəlki qrafiki üzrə işə başlayıb. Belə ki, bayram günlərində saatda 24 qatar xəttə buraxılmışdısa, artıq qatarların sayı 30-a çatıdırılıb.

Bunu "Report"a açıqlamasında "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, bayram günləri ilə müqayisədə iş günləri metrodan istifadə edən sərnişinlərin sayının çoxalması ilə əlaqədar qatarlar arasında interval azaldılıb: "Bu gündən təxminən metropolitenin xidmətindən 650 minə yaxın sərnişin istifadə edir".

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM