ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev açıqlamasında məsələyə aydınlıq gətirib.
O bildirib ki, metronun qiyməti ilə bağlı Tarif Şurasına müraciət olunmayıb və ümumiyyətlə bu məsələ "Bakı Metropoliteni"ndə müzakirə edilmir.
Qeyd edək ki, Tarif (qiymət) Şurasının iclasında müvafiq qərar qəbul edilib və yol vergisi əlavə olunmaqla Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !