Bakı metrosunun ərazisində ticarət köşklərinin fəaliyyəti bərpa olunmayacaq, lakin "Bakı Metropoliteni” QSC-nin ərazisində reklamlar bərpa oluna bilər.
Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Oxu.Az-a bildirib ki, reklamlar keçidlərdə, platformalarda quraşdırıla bilər.
"Hal-hazırda metroda sosial reklamlar yerləşdirilib. Yaxın gələcəkdə reklamların bərpa olunacağı gözlənilir. Biz reklam vasitələrini metronun ərazisindən ləğv edərkən də bəyan etmişdik ki, gələcəkdə daha müasir səviyyəli, insanların narahatlığına səbəb olmayacaq vasitələrdən istifadə etməklə reklamların yerləşdirilməsinə yenidən icazə verə bilərik”, - deyə N. Paşayev bildirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !