“Keçən həftə nizamnamə də, struktur da təsdiq edildi. Amma yalnız qeydiyyatdan keçdikdən sonra işçilərin qəbulu həyata keçiriləcək”.Bunu Modern.az saytına “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.Eks-rəis Tağı Əhmədovun vaxtında “Tikilən Bakı Metropoliteni müdiriyyəti”nin rəisi - Bakı Metropoliteninin rəis müavini Arif Rəsulovun vəzifəsindən uzaqlaşdırılması məsələsinə gəlincə, mətbuat xidmətinin rəhbəri belə deyib:“Nazirlər Kabinetinin qərarına əsasən, “Bakı Metropoliteni” QSC-nin sədrinə 4 müavin təyin olunacaq. Müavinləri isə Prezident özü müəyyənləşdirəcək. Bu səbəbdən də yeni strukturun formalaşmasını gözləmək lazımdır. Yalnız bundan sonra hər şey bəlli olacaq”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !