Metropolitenlə bağlı QƏRAR

12:27 | 03.07.2014
Metropolitenlə bağlı QƏRAR

Metropolitenlə bağlı QƏRAR

Baş nazir Artur Rəsizadə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə qərar verib. Bu barədə Lent.az-a Nazirlər Kabinetindən məlumat verilib.

 

Qərar “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan prezidentinin sərəncamının icrasını təmin etmək məqsədi ilə verilib.

 

Qərarda qeyd olunur ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin hüquqi varisidir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı və təsis etdikləri hüquqi şəxslər üzrə mülkiyyət hüquqları “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə keçib. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti dövlət qeydiyyatından keçdiyi andan Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyəti hüquqi şəxs statusunu itirirlər.

 

Bununla da  “Bakı Metropoliteni Nizamnaməsinin təsdiqi haqqında” Nazirlər Kabinetinin 1995-ci il 4 sentyabr tarixli qərarı ləğv edilib.

 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür