Metroya "balta" ilə girən şəxs danışdı - Peşman deyiləm - VİDEO

15:29 | 05.07.2022
Metroya

Metroya "balta" ilə girən şəxs danışdı - Peşman deyiləm - VİDEO

Metroda LGBT fərdlərini balta ilə hədələyən şəxsin yeni videosu yayılıb.
 
O, əməlindən peşman olmadığını bildirir və insanlardan dəstək istəyir.
 
"Mən metroya əlimdəki bu çəkicimlə girmişəm. Qaşını-gözünü alan oğlancıqların adını dilimə gətirmək istəmirəm. Hamı videomu paylaşır ki, balta ilə metroya girmişəm. Hər kəs öz işi  ilə məşğul olsun. O oğlancıqlarda da dəstək olmayın", - o vurğulayıb.
 
Bakı metrosunda əlibaltalı şəxs peyda olub, bununla bağlı görüntülər sosial şəbəkədə iyulun 5-də paylaşılıb. Belə ki, əlində sellofana bükülmüş balta ilə gəzən şəxs LGBT fərdlərini hədələyir. O qeyd edib ki, əgər qarşısına belə bir şəxs çıxsa, baltalayacaq. 
 
"Qaşını, üzünü alan adam görsəm, balta ilə başın kəsməsəm, adam deyiləm” - deyə kimliyi məlum olmayan şəxs yayılan birinci videoda söyləmişdi.

Daxili İşlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidov anews.az-a açıqlamasında bildirib ki, həmin şəxsin axtarışları gedir.
 
"Biz də videonu bu gün görmüşük. Həmin şəxsin kimliyi barəsində məlumatsızıq. Araşdırıb həmin videonun doğru olub-olmadığını müəyyən edirik. Ətraflı məlumat verəcəyik", - sözçü deyib.
 
Gülnar Nazimqızı 
 


www.anews.az
5
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb