Meyiti kanaldan tapılan xanəndə sabah dəfn ediləcək

14:54 | 02.08.2018
Meyiti kanaldan tapılan xanəndə sabah dəfn ediləcək

Meyiti kanaldan tapılan xanəndə sabah dəfn ediləcək

Bu gün səhər saatlarında meyiti Qarabağ kanalından çıxarılan xanəndə Novruz Hüseynov sabah Ağcəbədidə dəfn ediləcək.
 
Bu barədə məlumatı xanəndənin yaxınları verib. Məlumata görə, xanəndənin meyiti ekspertizaya verilib:
 
"Dəqiq heç bir məlumat vermirlər. Novruz Hüseynovun əvvəllər heç kimlə problem olmayıb. Meyitin üzərində zorakılıq izləri var. Ehtimal var ki, toyda və ya toydan sonra kimlərləsə problemləri olub”.
 
Qeyd edək ki, ötən gün sübh çağı 02 BX 414 nömrəli "Mersedes” maşınında gənc xanəndələr Miryusif Mirizadə və Novruz Hüseynovun qəzaya düşərək öldükləri barədə xəbər yayıldıqdan az sonra onların qətlə yetirildiyi məlum oldu.
 
Belə ki, məlumatlandıran sənətçilərdən biri Miryusifin qətlə yetirildiyini, Novruzun isə ümumiyyətlə yoxa çıxdığını bildirdi. Məlumat prokurorluq tərəfindən təsdiqlənib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM