Məzuniyyət hüququnun xüsusiyyətləri

18:51 | 27.08.2024
Məzuniyyət hüququnun xüsusiyyətləri

Məzuniyyət hüququnun xüsusiyyətləri

Məzuniyyət hüququnun xüsusiyyətləri əmək münasibətlərində çox maraqlı olan mövzulardan biridir. Bunu  həm işəgötürən, həm də işçilər bilməlidir.


 

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, hər bir işçinin ödənişli, ödənişsiz, təhsil və yaradıcılıq, sosial və sair məzuniyyət götürmək hüququ var.


 

Bu əmək münasibətinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və əmək qanunvericiliyinə uyğun həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. 


 

İşçilərin nəzərinə! 

 

Azərbaycan Respublikasının Əmək Məcəlləsində birbaşa olaraq göstərilməyən, lakin, Əmək müqaviləsi və ya Kollektiv müqavilələrdə  məzuniyyətlərin digər növləri nəzərdə tutula bilərmi?


 

1. İlk olaraq qeyd edək ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 112-ci maddəsində bu növ, yəni, digər əmək məzuniyyətlərinin verilməsi nəzərdə tutulur.


 

2 Azərbaycan Respublikasının Əmək Məcəlləsinində birbaşa deyil,ümumi olaraq nəzərdə tutulan digər məzuniyətlərin verilməsi üçün əsas şərt: tərəflərin qarşılıqlı razılığı, əmək müqaviləsində və ya kollektiv müqavilələrdə məzuniyyətlərin digər növləri nəzərdə tutula bilər kimi hüquq vardır.


 

3. Bir qayda olaraq praktikada, məzuniyyətin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan bu dörd növündən daha çox istifadə edilir:


 

3.1. İşçilərin əsas və əlavə məzuniyyətlərdən ibarət olan ödənişıi əmək məzuniyyəti;

3.2. İşçilərin ödənişli sosial məzuniyyət;

3.3. ödənişli təhsil və yaradıcılıq məzuniyyəti

3.4. İşçilərin ödənişsiz məzuniyyəti.


 

4.Çox az hallarda və şübhəsiz ki,qeyd olunan bu məzuniyyətlərin verilməsi üçün hüquqi əsas yarandıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 146-cı maddəsində olan əsaslar yarandıqda, bu məzuniyyət növü də tədbiq olunur: təbii fəlakət, istehsalat qəzaları və s. ilə əlaqədar olaraq işçilər bu maddədə nəzərdə tutulan qaydada ödənişli və ya ödənişsiz əmək məzuniyyətlərinin verilməsi.


 

5. Əmək Məcəlləsinin 169-cu maddəsinə əsasən,İşəgötürənin təqsiri üzündən istehsal və ya iş dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu halda işçilərə tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq əmək haqqı ödənilir.


 

6. AR Əmək Məcəlləsinin 129-cu maddəsinə əsasən isə, İşəgötürənlə - işçinin qarşılıqlı razılığına əsasən, əmək müqaviləsində və ya kollektiv müqavilələrdə nəzərdə tutulduğu hallarda, işçilərə müddəti altı aydan çox olmayaraq ödənişsiz məzuniyyət verilə bilər.


 

7.Yuxarıda qeyd edilən bu normativ hüquqi aktlardan da görünür ki, Əmək Məcəlləsində əsasən 4 əsas məzuniyyət növündən və çox az istifadə edilən Əmək Məcəlləsinin 146- cı maddəsində nəzərdə tutulan əmək məzuniyyətlərindən istifadə edilir.


 

8. Lakin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulan və işçilərə Əmək müqaviləsində və ya kollektiv müqavilələrdə nəzərdə tutulan məzuniyyətlərin digər növlərindən istifadə olunmur və ya tədbiq olunmur.


 

9. Əmək Məcəlləsində nəzərdə tutulmasına baxmayaraq, praktikada yalnız ödənişli və ya ödənişsiz əmək məzuniyyətlərdən istifadə olunur.


 

10. Əmək Məcəlləsində nəzərdə tutulmasına baxmayaraq, digər məzuniyyət növlərindən o cümlədən də, sosial məzuniyyətlər istisna olmaqla, demək olar ki, qismən ödənişli məzuniyyət hüququndan istifadə olunmur və ya tədbiq olunmur.


 

Digər məzuniyyətlərin verilməsi işçilər və işəgötürənlər üçün hansı üstünlüklər verir?


 

 İlk olaraq qeyd etmək lazımdır ki, digər məzuniyyətlırin verilməsi hüququ AR-n Əmək Məcəlləsində nəzərdə tutulduğundan, işçilərin Əmək Məcəlləsində nəzərdə tutulan hüquq və təminatlarının məhdudlaşdırılması ilə nəticələnməyəcək.


 

1. Əmək Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulan digər məzuniyyətlərin verilməsi yalnız bir şərtlə tədbiq oluna bilər: əmək və ya kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda və hər iki tərəfin qarşılıqlı razılığı əsasında.


 

2. Əmək Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulan qaydada bu məzuniyyətin verilməsi üçün əsaslar yarandıqda işçilərə bu hallarda qismən ödənişli məzuniyyət verilməsi də nəzərdə tutula bilər.

 

Belə ki,  Əmək Məcəlləsinin 169-cu maddəsinə əsasən, istehsalın və ya işin dayandırılması yalnız İşəgötürənin təqsiri üzündən işlərin və istehsalın dayandırılması ilə əlaqədar baş verdikdə, işçilərə tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq əmək haqqı ödənilir.


 

Əgər işin və ya istehsalın dayandırılması işəgötürənin təqsiri üzündən baş vermirsə və işlır müəyyən müddətə dayandırılırsa bu halda necə olmalıdlr?


 

Müvəqqəti dayandırılmış işin, istehsalın müəyyən müddətdən sonra bərpa olunması mümkündürsə bu halda necə olmalıdlr?


 

Əgər bu halda işçilərin AR-nın Əmək Məcəlləsində göstərilən əsas ödənişli və ya ödənişsiz məzuniyyətləri kifayət etmirsə, bu işçilər üçün maddi və işdənçıxma kimi əlavə problemlər yaratmazmı?


 

Müəyən müddətdın sonra işlərin bərpa olunma ehtimalı olmasına baxmayaraq, bu hallarda işəgötürən işçi ilə bağlanmış əmək müqaviləsini: iş həcminin azalması ilə əlaqədar "işçilərin sayının azaldılması və ştatların ixtisar edilməsi" əsası ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi ləğv etmək məcburiyyətində qalacaq.


 

Bununla da işçilər öz iş yerlərini itirəcək, işəgötürən isə mütəxəssislərini. Sonradan isə, işi bərpa olunan işəgötürən başqa işçilər axtarmağa məcbur olacaq.


 

Ümüumiyyətlə müəyyən əsaslar yarandıqda, üzrlü səbəblər olduqda, məsələn: iş həcminin qısa müddətə və ya müəyyən müddətə işəgötürənin təqsiri olmadan dayandırılması hallarında, layihələrin qurtarması, yeni layihələrin alınması və tədbiqi ilə əlaqədar aşağıda göstərilən qismən ödənişli əmək məzuniyyəti hüququ tədbiq oluna bilər.


 

Əmək Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulan qaydada: "İşəgötürən və işçinin qarşılıqlı razılığı, Əmək müqaviləsində və ya Kollektiv müqavilələrdə də nəzərdə tutulduğu hallarda işçilərin 6 ay müddətinə qədər, tarif (vəzifə) maaşının 35 - 70 faizi ödənməklə, qismən ödənişli əmək məzuniyyətindən istifadə etmək hüququ vardır" kimi digər məzuniyyət növündən də istifadə edilə bilər.

 

Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı" İctimai Birliyi tərəfindən "Əmək münasibətlərində şəffaflığın təmin edilməsində əmək müqaviləsinin əhəmiyyəti” layihəsi çərçivəsində hazılanıb.

 


 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür