"Microsoft" şirkəti Azərbaycanda öz DATA-mərkəzini yaradıb.
Bunu Trend-ə "Microsoft Azerbaijan" nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyov deyib.
Onun sözlərinə görə, layihə "Microsoft"un "Azertelecom" şirkəti ilə imzaladığı müqavilə əsasında reallaşdırılır: "Məlumatların emalı mərkəzinin məqsədi daxili bazarın sifarişləri üzrə "Microsoft" resurslarının keşlənməsi üçün əsas axtarış sistemi olmaqdır. "Azertelecom" telekommunikasiya xidmətlərinin əsas tədarükçüsü olacaq".
R.Hacıəlibəyov qeyd edib ki, perspektivdə DATA-mərkəzin texniki imkanlarının mütəmadi artırılması və bu sahədə Azərbaycanın digər əsas provayderləri, məsələn, "Delta Telecom", eləcə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlığı genişləndirmək nəzərdə tutulur.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !